...

Avtomobildə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub

Hadisə Materials 29 Sentyabr 2021 11:15 (UTC +04:00)
Avtomobildə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən Sabunçu rayonu ərazisində avtomobil yolu ötürücüsündə subasma nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas olunub. Gecə saatlarından başlanılmış yol ötürücüsünü basmış yağış sularının kənarlaşdırılması işləri hazırda davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti