...

Yasamalda narkotikin dövriyyəsi ilə məşğul olan taksi sürücüsü saxlanılıb

Hadisə Materials 6 Noyabr 2021 14:30 (UTC +04:00)
Yasamalda narkotikin dövriyyəsi ilə məşğul olan taksi sürücüsü saxlanılıb

Bakı. Trend:

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fuad Rəsulov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti və narkokuryerliklə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Fuad Rəsulov barəsində Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırmalara başlanılıb. Fuad Rəsulovdan aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti