...

Ağdamda abonent borca görə "Azərışıq"ın əməkdaşlarını bıçaqlayıb

Hadisə Materials 9 Dekabr 2021 18:30 (UTC +04:00)
Ağdamda abonent borca görə "Azərışıq"ın əməkdaşlarını bıçaqlayıb

Bakı. Trend:

Ağdamda abonent "Azərişıq" ASC-nin iki işçisini bıçaqlayıb, bir nəfəri isə döyüb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Mirzəyev Firdovsi və Mirzəyev Şükür borclu abonent Kərimov Rəhim Davud oğlu tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisəni törədən şəxs 175 AZN borcu olduğundan elektrik verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti