...

Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb

Hadisə 19 Yanvar 2022 14:37 (UTC +04:00)
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb

Bakı. Trend:

Masallı rayonunun Xəlfələr kəndində yerləşən yaşayış evlərindən birindən 390 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Xəlfələr kənd sakini, əvvəllər məhkum olunmuş Cavat Qasımov saxlanılıb və oğurlanmış əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. C.Qasımovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun daha bir oğurluq əməlinin də üstü açılıb. Belə ki, həmin şəxsin ötən il Xəlfələr kəndindəki digər bir yaşayış evindən 4500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti