...

Hacıqabulda 3 nəfər saxlanılıb, onlardan silah və narkotik aşkarlanıb

Hadisə Materials 5 Fevral 2022 10:22 (UTC +04:00)
Hacıqabulda 3 nəfər saxlanılıb, onlardan silah və narkotik aşkarlanıb

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Nəbi Məmmədov və Vüqar Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkarlanıb.

Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti