...

Bakıda 7 avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 10 Fevral 2022 12:41 (UTC +04:00)
Bakıda 7 avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbiri nəticəsində Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitafon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib.

Saxlanılan şəxs barəsində 40-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

T.Abdullayevin digər cinayətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti