...

Suraxanıda azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 23 Fevral 2022 18:19 (UTC +04:00)
Suraxanıda azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı cinayət işi başlanıb

Bakı. Samir Əli - Trend:

Paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilir ki,
cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti