...

Saatlı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Hadisə Materials 26 Fevral 2022 16:16 (UTC +04:00)
Saatlı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbirlər nəticəsində rayonun Qaralar kənd sakini K.Səfərovdan və Məmmədabad kənd sakini İ.Bayramovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti