...

Saatlıda birmərtəbəli ev yanıb

Hadisə Materials 7 Mart 2022 08:36 (UTC +04:00)
Saatlıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Saatlı rayonunda birmərtəbəli ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Azadkənd kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti