...

Gəncədə yeniyetmə qızın bətnindəki dölün atası məlum olub - Prokurorluq

Hadisə Materials 15 Mart 2022 11:45 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq Gəncədə 62 yaşlı Rəşid Gözəlovun17 yaşlı yeniyetməyə təcavüz etməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Trend-in məlumatına görə, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib ki, faktla bağlı istintaq araşdırmaları davam edir.

"Gəncə şəhər Xəstəxanasından daxil olmuş müraciət əsasında yetkinlik yaşına çatmayan qadının hamiləliyi ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar başlanılıb.

"Faktla bağlı araşdırmalardan sonra Cinayət Məcəlləsinin 152-ci maddəsilə cinayət işi başlanıb. Daha sonra bu maddə 149-cu maddəyə tövsif edilib.

Ekspertizadan sonra hamilə qadının bətnindəki dölün bioloji atalığı Rəşid Gözəlova məxsus olduğu müəyyən edilib. R.Gözəlov istintaqa cəlb edilib və onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib",- deyə idarə rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti