...

Hindistanda anbarda baş verən yanğında azı 11 nəfər ölüb

Hadisə Materials 23 Mart 2022 08:44 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Heydərabad şəhərində plastik tullantılar anbarında baş verən yanğında azı 11 işçi-miqrant ölüb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 03:00 radələrində baş verib. Dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürmə qrupları 4 saatdan sonra alovu söndürüblər.

Yanmış ərazinin kəşfiyyatı zamanı 11 nəfərin cəsədi aşkarlanıb. İlkin məlumata görə, onlar Bihar əyalətindən işləmək üçün Heydərabada gələn miqrantlardı.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti