...

Bərdədə tüğyan edən güclü külək dağıntılar yaradıb, xəsarət alanlar var (FOTO)

Hadisə Materials 12 Aprel 2022 20:22 (UTC +04:00)
Bərdədə tüğyan edən güclü külək dağıntılar yaradıb, xəsarət alanlar var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb, irigövdəli ağac evin üstünə aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Trend-in yerli bürosu xəbər verir ki, rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə, şəhərin Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinun üzərinə irigövdəli ağac aşıb.

Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb.

Bundan başqa, irigövdəli ağaclar və onların budaqları küləyin təsirindən qırılıb. Nəticədə minik avtomobillərinə də ziyan dəyib.

Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti