...

Bakıda jurnalistə hücum edilib (FOTO)

Hadisə Materials 9 May 2022 01:34 (UTC +04:00)
Bakıda jurnalistə hücum edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda jurnalist Aytən Məmmədovaya hücum edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal 11 ünvanında baş verib.

A. Məmmədova yaşadığı binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Həmin şəxs xanım jurnalistlə birlikdə liftə daxil olaraq bıçağı boğazına dirəyərək hədələyib, yazmamasını istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti