...

Sumqayıtda sexdə baş verən yanğın söndürülüb

Hadisə Materials 17 May 2022 09:58 (UTC +04:00)
Sumqayıtda sexdə baş verən yanğın söndürülüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində tikilinin dam örtüyü təqribən 670 kv.m sahədə yanıb.

xxx

09:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti