...

Nepalda göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları aşkarlanıb (FOTO)

Hadisə Materials 30 May 2022 08:02 (UTC +04:00)
Nepalda göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları aşkarlanıb (FOTO)

Bakı. Trend:

Nepal ordusunun axtarış qrupu bazar günü səhər saatlarında göyərtəsində 22 nəfərin olduğu Tara Air şirkətinə məxsus təyyarənin qalıqlarını tapıb.

Trend xəbər verir ki, bu barədə Nepal quru qoşunlarının rəsmi nümayəndəsi briqada generalı Narayan Silval "Twitter" səhifəsində məlumat verib.

Ordu sözçüsü təyyarənin göyərtə nömrəsinin aydın görünən və hissələri dağ yamacında səpələnmiş qalıqların fotosunu dərc edərək, "Axtarış və xilasetmə qüvvələri təyyarənin qəzaya uğradığı yeri müəyyənləşdiriblər" deyə, qeyd edib.

Təyyarə bazar günü turizm şəhəri Pokharadan Comsoma yola düşüb. Göyərtəsində 16 Nepal, dörd Hindistan və iki Almaniya vətəndaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti