...

Ötən həftə Qarabağ kanalında batan oğlanın meyiti tapılıb

Hadisə Materials 4 İyun 2022 15:37 (UTC +04:00)
Ötən həftə Qarabağ kanalında batan oğlanın meyiti tapılıb

Bakı. Trend:

29.05.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə bildirilib ki, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti