Bakı. Trend:
Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə Trend-ə "Azərsu" ASC-dən bildirilib.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.