...

Yevlaxda narkotik plantasiyası əkən şəxs polisə xəsarət yetirdi

Hadisə Materials 30 İyun 2022 09:41 (UTC +04:00)
Yevlaxda narkotik plantasiyası əkən şəxs polisə xəsarət yetirdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda narkotik plantasiyası əkən şəxs polisə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti