...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 12 İyul 2022 18:30 (UTC +04:00)
Bakıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti