...

Tovuzda yanğında iki nəfər ölüb

Hadisə Materials 25 İyul 2022 08:59 (UTC +04:00)
Tovuzda yanğında iki nəfər ölüb

Bakı. Trend:

Tovuzda yanğında iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti