...

Balakəndə 3 otaqlı ev yanıb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 30 İyul 2022 19:25 (UTC +04:00)
Balakəndə 3 otaqlı ev yanıb, 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Balakən rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları, altında olan taxta materiallar və 2 ədəd dəzgah yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti