...

Yevlaxda əsgər yanından qayıdan şəxslərin maşını qəzaya düşüb, bir nəfər ölüb (FOTO)

Hadisə Materials 10 Avqust 2022 15:57 (UTC +04:00)
Yevlaxda əsgər yanından qayıdan şəxslərin maşını qəzaya düşüb, bir nəfər ölüb (FOTO)

Trend-i buradan izləyin

Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Yevlax rayonunda "VAZ-2106" ilə Kamaz toqquşub ölən var.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Yevlax-Bərdə avtomobil yolu ərazisində baş verib.

"VAZ-2106" markalı avtomobillə Kamazın toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti