...

Binada qəlibçi işləyən şəxs 9-cu mərtəbədən yıxılaraq ölüb

Hadisə Materials 19 Avqust 2022 09:18 (UTC +04:00)
Binada qəlibçi işləyən şəxs 9-cu mərtəbədən yıxılaraq ölüb

Bakı. Trend:

Qəlibçinin yeni tikilən binadan yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti