...

Bakıda 2 otaqlı ev yanıb

Hadisə Materials 16 Sentyabr 2022 02:10 (UTC +04:00)
Bakıda 2 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti