...

Heroin alverçisinə hökm oxundu

Hadisə Materials 23 Sentyabr 2022 10:48 (UTC +04:00)
Heroin alverçisinə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Ələddin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Abdullayev 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı külli miqdarda - 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə əldə edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs tutularaq istintaqa təqdim olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti