...

"Culiya" tropik fırtınası güclənərək 1-ci kateqoriyalı qasırğaya çevrilib

Hadisə Materials 9 Oktyabr 2022 04:48 (UTC +04:00)
"Culiya" tropik fırtınası güclənərək 1-ci kateqoriyalı qasırğaya çevrilib

Bakı. Trend:

"Culiya" tropik fırtınası Atlantik okeanında Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çevrilib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi bildirib.

Məlumata əsasən, fırtına daxilində küləyin sürəti 33,5 m/s təşkil edir. O, Nikaraquanın ən şərq nöqtəsindən 200 km şərqdə yerləşir və qərbə 27 km/saat sürətlə hərəkət edir.

Fırtınanın yaxınlaşması ilə əlaqədar Kolumbiya, Nikaraqua və Honduras üçün fırtına xəbərdarlığı edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti