...

Çoxsaylı oğurluqda şübhəli bilinən keçmiş məhkum həbs edilib

Hadisə Materials 13 Oktyabr 2022 09:47 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib.

Xətai RPİ-nin 36-ci PŞ-nin əməkdaşları tərəfindən İ.Qəhrəmanov saxlanılmış, idarə etdiyi "BMW" markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalarla müəyyən olunub ki, o, Binəqədi rayonu ərazisində də 2 mənzildən oğurluq edib. O, saxlanılarkən qaçmağa cəhd göstərsə də, polis əməkdaşları buna imkan verməyib. Qeyri-adekvat davranışlarına görə o, narkoloji müayinədən keçirilmiş və narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və toplanmış materiallarla birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.

Lakin o, məhkəmədən buraxıldıqdan sonra məhkəmə qərarından rayon prokurorluğu ilə birgə yuxarı instansiyaya appelyasiya şikayəti verilib. İ.Qəhrəmanov Xətai RPİ-nin İstintaq şöbəsinə gətirilib və CM-nin 177.2.3 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

O da məlum olub ki, İ.Qəhrəmanova yetkinlik yaşına çatmadığı dövrdə Bakı şəhəri ərazisində ümümilikdə 96 dəfə mənzil oğurluqları törətdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

İ.Qəhrəmanov 2019-cu ildə azadlığa buraxıldıqdan sonra 2021-ci ilin dekabrında Binəqədi rayonu ərazisində mənzildən külli miqdarda oğurluq hadisəsi törətdiyinə görə həbs olunaraq barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin məhkəmə istintaqı zamanı İ.Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından buraxılıb. Hazırda həmin iş üzrə də məhkəmə istintaqı davam etdirilir.

Məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən onun döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddialaı üzrə xidməti araşdırma başlayıb. Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti