...

BDU-nun dosenti vəfat edib

Hadisə Materials 20 Oktyabr 2022 15:08 (UTC +04:00)
BDU-nun dosenti vəfat edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Oktay Zaman oğlu Qarabəylı vəfat edib.

Bu barədə Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, O.Qarabəyli 1943-cü ildə anadan olub. O, BDU-nun Biologiya və kimya müəllimliyi fakültəsində təhsil alıb. 1978-ci ildə “Orta və Cənubi Xəzərdə qarınayaq ilbiz növlərinin yayılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1995-ci ildə dosent elmi adını alıb. Onurğasızlar zoologiyası, Hidrobiologiya, Onurğasız heyvanların müqayisəli anatomiyası fənlərini tədris edib. Torpaq ilbizlərinin növ tərkibi və bioekoloji xüsusiyyətləri sahəsində tədqiqat aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti