...

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

Hadisə Materials 14 Noyabr 2022 10:00 (UTC +04:00)
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Firudin İlyasov və Novruz İlyasov saxlanılıblar. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti