...

Xocavəndə qanunsuz yolla daxil olmaq istəyən iki atlı saxlanıldı

Hadisə Materials 22 Noyabr 2022 10:33 (UTC +04:00)
Xocavəndə qanunsuz yolla daxil olmaq istəyən iki atlı saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar. Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti