...

Sumqayıtda şəhid plakatı "oğurlanıb" (VİDEO)

Hadisə Materials 30 Noyabr 2022 15:05 (UTC +04:00)
Sumqayıtda şəhid plakatı "oğurlanıb" (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda şəhid plakatı basdırıldığı yerdən götürülüb.

Trend xəbər verir ki, hadisə noyabrın 29-u gecə saatlarında baş verib. 4 naməlum şəxs 1-ci mikrorayon ərazisində Vətən müharibəsi şəhidi Rahib Babayevin xatirəsinə quraşdırılmış plakatı oğurlayıblar. Şəhidin həyat yoldaşı bununla bağlı polis orqanlarına müraciət edib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Baş verən hadisə araşdırılır", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak edib və sentyabrın 30-da həlak olub. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti