...

Abşeronda marşrut avtobusu qəza törətdi, ölən var

Hadisə Materials 14 Dekabr 2022 14:12 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda marşrut avtobusu qəza törədib.

Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib. Ağaquliyev Ağaqulu Məhərrəm oğlu idarə etdiyi "Daewo" markalı marşrut xətti avtobusu ilə Masazır qəsəbəsi "Zəngilan şəhərciyi" ərazisində hərəkətdə olarkən piyada Bağırov Ümidvar Məhəmməd oğlunu vurub hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, sürücü A.Ağaquliyevin avtobusu idarəetmə hüququ yoxdur.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti