Bakı. Trend:
Bakı-Quba yolunda qəza törədən "TIR" sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən E. Atayev saxlanılaraq istintaqa cəlb edilib:
"Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. E.Atayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir".
Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində 6 nəfər həlak olub.