...

Şəmkirdə qadın işlədiyi mağazadan yarım milyon manat mənimsədi

Hadisə Materials 19 Dekabr 2022 11:35 (UTC +04:00)
Şəmkirdə qadın işlədiyi mağazadan yarım milyon manat mənimsədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə mağazadan yarım milyon manata yaxın vəsait mənimsəyən qadın həbs edilib.

Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.

İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.

Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti