...

Abşeronda "BMW" markalı avtomobil aşaraq yanıb, xəsarət alanlar var

Hadisə Materials 29 Dekabr 2022 20:48 (UTC +04:00)
Abşeronda "BMW" markalı avtomobil aşaraq yanıb, xəsarət alanlar var

Bakı. Trend:

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "BMW" markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti