...

Kürdəmir sakini arvadını qətlə yetirib

Hadisə Materials 6 Yanvar 2023 13:26 (UTC +04:00)
Kürdəmir sakini arvadını qətlə yetirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti