...

Abşeronda üç usta zəhərləndi, ikisi öldü, biri komaya düşdü

Hadisə Materials 31 Yanvar 2023 12:11 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda 3 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu yemək yeyəndən sonra zəhərlənib. Kamil Alıyev hadisə yerində dünyasını dəyişib. Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə nəticəsində halı pisləşən Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, Z.Ağayev hazırda KTM-in Təcili yardım şöbəsində qırmızı zonada, reanimasiya bölməsindədir: "Vəziyyəti kəsik ağırdır, komadadır. Lazimi ilkin yardım göstərilib, pasiyentin hazırki vəziyyətdən çıxarılması üçün ehtiyac olan tibbi müdaxilələr davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti