Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolundakı ağır qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.