...

Şəmkir rayonunda ev yanıb

Hadisə Materials 15 Mart 2023 23:32 (UTC +04:00)
Şəmkir rayonunda ev yanıb

Bakı. Trend:

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kür qəsəbəsində ümumi sahəsi 250 m² olan birmərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) çardağının yanar konstruksiyaları 200 m² sahədə və döşəməsi 12 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti