...

Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Hadisə Materials 4 Aprel 2023 09:57 (UTC +04:00)
Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Samux RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı 3 sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib. Bundan başqa “VAZ 2107” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Ə. Zeynalov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ə. Zeynalovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Qayda pozan sürücülər dərhal idarə etmədən kənarlaşdırılb və barələrində qanuna müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti