Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən, "Mərkəz" Vəkil Bürosunun rəhbəri, vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə araşdırma başa çatıb.
Trend-in məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Elçin Qəmbərov məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror Elçin Qəmbərovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
O Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.