...

Mənimsəmədə təqsirləndirilən məktəb direktorunun işi məhkəməyə göndərildi

Hadisə Materials 26 Aprel 2023 14:38 (UTC +04:00)
Mənimsəmədə təqsirləndirilən məktəb direktorunun işi məhkəməyə göndərildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mənimsəmədə təqsirləndirilən məktəb direktorunun barəsində olan cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbdə baş vermiş qanunsuzluqlar barədə cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq zamanı Seymur Cəfərovun qeyd olunan məktəbin direktoru vəzifəsini icra etdiyi 2021-2022-ci illər ərzində xeyli miqdarda dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 ( qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti