...

Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

Hadisə Materials 27 May 2023 09:34 (UTC +04:00)
Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

Bakı. Trend:

Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Trend xəbər verir ki, mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya “qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası” ilə müşayiət edilən xəsarət yetirib.

Faktla bağlı Göygöl RPŞ-nin İstintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, Ayxan Nağızadə şübəli şəxs qismində tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti