...

Batma təhlükəsində olan şəxslər xilas edilib (FOTO/VİDEO)

Hadisə Materials 4 İyun 2023 17:47 (UTC +04:00)
Batma təhlükəsində olan şəxslər xilas edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri 1995-ci il təvəllüdlü A.Axmedov və 1999-cu il təvəllüdlü E.Xələfov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti