...

“SOCAR Petroleum”un külli miqdarda mənimsəmədə günahlandırılan vəzifəli şəxsinin məhkəməsi başlayır

Hadisə Materials 9 İyun 2023 11:16 (UTC +04:00)
“SOCAR Petroleum”un külli miqdarda mənimsəmədə günahlandırılan vəzifəli şəxsinin məhkəməsi başlayır

Bakı. Trend:

“SOCAR Petroleum” QSC-yə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti