...

Bakıda avtomobillərdən qiymətli əşyalar oğurlayanlar saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 23 İyun 2023 14:40 (UTC +04:00)
Bakıda avtomobillərdən qiymətli əşyalar oğurlayanlar saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.

Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib. Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti