Bakı. Trend:
Xəzər dənizindəbaş verən zəlzələnin maqnitudası 5,5 bal təşkil edib.
Trend bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı il əsaat 00:01-də qeydə alınıb və Azərbaycanda hiss edilib.
XXX
00:06
Xəzər dənizində, Azərbaycan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da hiss olunub.