...

Tərtərdəki qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb

Hadisə Materials 5 İyul 2023 16:34 (UTC +04:00)
Tərtərdəki qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb

Tərtər. Trend:

Tərtər rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Trend-in yerli bürosu xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb 4 nəfər xəsarət alıb.

Hadisə Tərtər Ağdam​ magistral yolunun Tərtər rayonun Sarıcalı kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Lada piriora" markalı minik avtomobili qarşısına çıxan velosipedçini vurub.

Hadisə zamanı velosipedçi Namiq Elnur oğlu İlyasov hadisə yerində ölüb. Minik avtomobilində olan müxtəlif dərəcəli bədən xəsarətləri alan Məftun Abdullayev, Tünzalə Abdullayeva, Nilay Abdullayeva bə Elmira Şükürova rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

TƏBİB- mətbuat xidmətindən bildirilib ki, yaralı şəxslərin müalicəsi hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Yaralıların vəziyyəti hazırda stabildir.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti