...

İtkin düşən şəxsin göldən meyiti tapıldı

Hadisə Materials 17 İyul 2023 17:00 (UTC +04:00)
İtkin düşən şəxsin göldən meyiti tapıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İtkin düşən şəxsin göldən meyiti tapıldı.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, iyul ayının 17-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun Göygöl rayon ərazisində itkin düşməsi barədə məlumat daxil olub.

"Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ. Hümbətovun cəsədi Göygöl rayon ərazisindəki göllərin birində aşkarlanıb.

Hadisə yerinə Prokurorluğun əməkdaşları cəlb olunub. İlkin ehtimala görə mərhum intihar edib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti