...

Tərtər rayonunda evdə yanğın baş verib

Hadisə Materials 22 İyul 2023 18:25 (UTC +04:00)
Tərtər rayonunda evdə yanğın baş verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Tərtər rayonunun N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 512 kvadratmetr olan anbar kimi istifadə olunan ikimərtəbəli fərdi yaşayış evinin 15 kvadratmetr çardağı, ikinci mərtəbəsində pilləkən qəfəsinə yığılmış müxtəlif mallar, bir ədəd taxtadan ibarət pəncərə çərçivəsi və ona bitişik ümumi sahəsi 204 kvadratmetr mağazanın lambirindən ibarət üzlüyü 12 kvadratmetr sahədə yanıb. Evin böyük hissəsi, mağaza və yaxınlıqdakı digər yaşayış evləri alovdan mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti